Digər dərman preparatları ilə qarşılıqlı təsiri

No-şpa digər preparatlar ilə necə qarşılıqlı təsir göstərir?

Papaverinə bənzər fosfodiesteraza inhibitorları levodopanın antiparkinsonik təsirini azaldır. Drotaverinin levodopa ilə yanaşı təyini zamanı rigidliyin və tremorun güclənməsi mümkündür. Digər spazmolitik vasitələr ilə, m-xolinoblokatorlar daxil olmaqla Spazmolitik təsirinin qarşılıqlı güclənməsi [1]. Levodopa qəbul edən pasientlər No-şpa qəbul etmək məcburiyyətində olduğu halda mütəxəssis ilə məsləhətləşməlidir.

Aybaşı zamanı spazm olduqda No-şpa tabletləri analgetik ilə yanaşı qəbul edilməlidir yoxsa tək No-şpa preparatının qəbulu kifayətdir?

Aybaşı zamanı saya əzələlərinin spazmlarının müalicəsinə dair mütəxəssis ilə məsləhətləşməyiniz lazımdır. Öz müalicə həkiminizə müraciət etməyiniz xahiş olunur. Yadınızda saxlayın ki, bəzi analgetiklər resept əsasında buraxılan preparatlardır və yalnız həkim təyinatı ilə istifadə oluna bilər. Yalnız mütəxəssis Sizin üçün optimal olan müalicəni sizə təyin edə bilər.

  1. Preparatın tibbi istifadəsinə dair qısa məlumat