No-şpa preparatının tətbiqi

No-şpa hansı növ ağrılarda kömək edir?

No-şpa biliar, mədə-bağırsaq və sidik traktının xəstəlikləri, gərginlik baş ağrıları, dismenoreya zamanı saya əzələlərinin spazmı nəticəsində yaranan ağrılar zamanı kömək edir. [1]

No-şpa preparatı necə qəbul edilir?

Böyüklər

1-2 tabletdən gündə 2-3 dəfə. Maksimal gündəlik doza – 6 tablet (240 mq bərabərdir).

Uşaqlar

  • 6-12 yaş: 1 tabletdən gündə 1-2 dəfə. Maksimal gündəlik doza – 2 tablet (80 mq bərabərdir);
  • 12 yaşdan yuxarı: 1 tabletdən gündə 1-4 dəfə və ya 2 tabletdən gündə 1-2 dəfə. Maksimal gündəlik doza – 4 tablet (160 mq bərabərdir). [1].
  1. Preparatın tibbi istifadəsinə dair qısa məlumat