Qarında ağrının
müalicəsi

Qarında ağrı haqqında

Qarında ağrı – qarın boşluğu orqanları xəstəliklərinin, hərdən yanaşı yerləşən orqanların zədələnməsinin ən çox rast gəlinən simptomdur. Ağrı çox mühüm qoruyucu funksiyaya malik olub bizi orqanizmdə mövcud olan və ya potensial pozulmalar haqqında xəbərdarlıq edir.

 

 

Lakin onu da qeyd etmək lazımdır ki, qarında ağrı uzun müddət davam etdiyi halda onun yaranma səbəbindən asılı olmayaraq o, öz xəbərdarlıq funksiyasını itirir.

Ağrının yaranma səbəbləri və mexanizmləri müxtəlifdir.

Qarında ağrının növləri

Yerləşməsindən və təsir gücündən asılı olaraq qarında ağrının 3 əsas növü vardır:

  • visseral (daxili orqanların zədələnməsi zamanı);
  • pariyetal (səthi – dəri və sümük-əzələ sisteminin zədələnməsi zamanı);
  • əks etdirilmiş (ağrı hissinin yerləşmə yeri real ağrı mənbəyi ilə uyğun olmadığı halda).

Visseral ağrı

Visseral ağrının əsas təkanverici faktoru spazm və ya içiboş orqanlar (qida borusu, mədə, bağırsaq, öd kisəsi, öd və pankreatik axarlar) divarlarının dartılması, parenximatoz orqanlar (qaraciyər, böyrək) kapsullarının dartılması, mezenterium dartılması, qan təchizatının pozulmasıdır.

Visseral ağrı küt ola bilər, lakin çox vaxt sancı şəklində olub nəzərəçarpan vegetativ reaksiyalar ilə müşayiət olunur: ürək bulanma, qusma, narahatçılıq. Visseral ağrının klassik nümunəsi – qarının yuxarı sağ hissəsində və ya epiqastral nahiyədə güclü, artan ağrı ilə müşayiət olunan öd sancısı.

Pariyetal ağrı

Pariyetal ağrı patoloji prosesə periton, qarın boşluğu divarları cəlb olunduğu halda inkişaf edir; ağrının dəqiq lokalizasiyası və hiss olunma zonası vardır, ağrı qarın boşluğu divarlarının gərginliyi ilə müşayiət olunur, bədənin vəziyyətinin dəyişilməsi, öskürək zamanı güclənir.

Pariyetal ağrı dözülməz, xəncər sancısına bənzər ola bilər (məsələn, mədə xorasının perforasiyası və kəskin pankreatit zamanı) ki, bu da mədənin turş şirəsinin və proteolitik fermentlər ilə zəngin olan pankreatik şirənin ixracı ilə bağlıdır. İltihabın (məsələn, nəcisli peritonit ilə bağlı) inkişafının əvvəlində isə, əksinə, ağrılar orta intensivli və dözümlü ola bilər.

Əks etdirilmiş ağrı

Əks etdirilmiş ağrı zədələnmiş qarın boşluğu orqanı ilə ümumi innervasiyası olan bədən səthinin sahələrinə ötürülür.

Məsələn, bağırsaqda təzyiqin yüksəlməsi zamanı belə irradiasiya edən visseral ağrı yaranır, öd sancısı zamanı isə ağrı belə, sağ kürəyə və çiyinə irradiasiya edir

Qarında ağrıya qarşı spazmolitiklər: No-şpa preparatının istifadəsi

Qarında ağrının çox vaxt daxili orqanların saya əzələlərinin spazmı ilə bağlı olmasını nəzərə alaraq zəif və orta dərəcəli spastik ağrının müalicəsində spazmolitiklərin istifadəsi məqsədəuyğundur.

No-şpa kimi spazmolitiklər spazm nəticəsində yaranan ağrını azaldaraq boşluqlu orqanda təzyiqin enməsinə, içindəkilərin mədəbağırsaq traktı boyu hərəkət etməsinin tənzimlənməsinə və spazm olan sahənin qan təchizatının yaxşılaşmasına səbəb olur

Qeyd olunan halda QSİƏV qrupuna aid olan standart ağrıkəsici preparatların qəbulu məqsədə uyğun deyil, çünki onlar daxili orqanların saya əzələlərinin tonusuna təsir gəstərmir – ağrının səbəbini aradan qaldırmır, ağrının hiss edilmə proseslərinə müdaxilə edir və “kəskin qarın” sindromunun klinik təsvirini poza bilər ki, bu da diaqnozun vaxtında qoyulmasını çətinləşdirə bilər.

Qarında ağrının müalicəsinə dair bir neçə qeyd

Yadda saxlamaq lazımdır ki:

  • qarında güclü ağrı baş gicəllənmə, zəiflik, arterial təzyiqin enməsi, nəbzin tezləşməsi, qanaxma, hərarətin yüksəlməsi, bayılma, qarın boşluğu divarının gərginliyi ilə müşayiət olunduğu halda təcili tibbi yardım üçün müraciət etmək və özbaşına ağrıya qarşı dərmanlar qəbul etməmək lazımdır;
  • həkimin təyinatı olmadan özbaşına proilaktika məqsədi ilə dərman qəbul etmək olmaz;
  • ağrıkəsici spazmolitik vasitə 1 saat müddətində təsir etmədiyi halda və ya təkrar qəbulu tələb etdiyi halda ağrının səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır.
  1. Боль в животе: какое нужно лекарство. // Леди Вита. – 2011. - №3: 42-43.