Ağrı və spazmlar
haqqında daha ətraflı

“Ağrı” terminin iki tərifi vardır. Geniş mənada – orqanizmdə orqanik və ya funksional pozulmaların inkişafına səbəb olan olduqca güclü və ya dağıdıcı qıcıqlandırıcıların təsiri nəticəsində yaranan xüsusi psixofizioloji vəziyyətdir.

 

 

Daha dar mənada ağrı (dolor) – qeyd olunan olduqca güclü qıcıqlandırıcıların təsiri nəticəsində yaranan ağır subyektiv hissdir.

Ağrı zərər vuran faktorun təsirindən müdafiə etmək üçün müxtəlif funksional sistemləri səfərbər edən orqanizmin inteqrativ funksiyasıdır [4]. İnsanda şərti olaraq ağrı iki əsas növə bölünür – xüsusi ağrı reseptorlarının- nosiseptorların- qıcıqlanması zamanı yaranan nosiseptiv ağrı və duyğu sinir liflərinin zədələnməsi nəticəsində inkişaf edən neyropatik ağrı. Boşluqlu orqanların həddən artıq yığılması və spazmı zamanı yuxarı duyğu həddi olan mexanik reseptorlar aktivləşərək kəskin ağrının yaranmasına səbəb olur. Qeyd olunan reseptorlar növü ürəkdə, qida borusunda, bronxlarda, öd yollarında, nazik və yoğun bağırsaqda, sidik yollarında, sidik kisəsində və uşaqlıqda yayılmışdır  [2]

Spazm - əzələlərin və ya əzələ qrupunun qeyri-iradi qəfil yığılması [1]. Ağrı sindromu zamanı əzələlərin yığılması bir tərəfdən qoruyucu refleks olub, digər tərəfdən ağrının xronikiləşməsinin patoloji mexanizmidir  [3].

No-şpa nə üçün lazımdır

Ağrı zamanı insan ənənəvi olaraq ağrını gizlədən və nəticədə diaqnozun müəyyən edilməsini çətinləşdirən ağrıkəsici vasitə qəbul edir. «Spazmolitiklər, əksinə, abdominal ağrının əsas səbəblərindən biri olan saya əzələlərinin spazmını aradan qaldırır.» Əksər spazmolitiklər reseptsiz buraxılır. No-şpa qeyd olunan preparatların siyahısına daxildir.

No-şpa preparatı – saya əzələlərinin spazmı və ağrı zamanı istifadə olunan yarıməsrlik tarixi olan vasitədir [6,9]. Preparat bağırsağın, öd kisəsinin saya əzələlərinin spazmı zamanı və, həmçinin saya əzələlərinin spazmı ilə bağlı ağrılı aybaşı zamanı kömək edir [6].Yumşaq damargenişləndirici təsiri sayəsində No-şpa tabletləri toxumaların qan təchizatını yaxşılaşdırır [5].

No-şpa nə zaman istifadə olunur

No-şpa dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslı həkimlər tərəfindən klinik təcrübədə istifadə edilir [8]:

  • qastroenteroloqlar,
  • uroloqlar,
  • mama-ginekoloqlar.

Qastroenterologiyada No-şpa tabletləri öd yollarının xəstəlikləri zamanı saya əzələlərinin spazmı lə bağlı ağrı zamanı təyin edilir.

  • xolesistit
  • xolangit
  • öd daşı xəstəliyi

Mədə və onikibarmaq bağırsaq xorası xəstəliyi, qastrit, kardiya və mədə çıxacağının spazmı, enterit, kolit, qəbizlik ilə müşayiət olunan spastik kolit, meteorizm ilə müşayiət olunan qıcıqlanmış bağırsaq sindromu zamanı digər preparatlar ilə yanaşı No-şpa saya əzələlərinin spazmının aradan qaldırılması üçün təyin edilir  [6].

No-şpa 40 mq 24 tablet

Preparat barədə ətraflı

Urologiyada No-şpa tabletləri nefrolitiaz, uretrolitiaz, piyelit, sistit, sidik kisəsi spazmı kimi müxtəlif xəstəliklər zamanı spastik ağrıların aradan qaldırılması üçün istifadə edilir  [6].

Ginekologiyada No-şpa tabletləri dismenoreyanın (aybaşı zamanı qarının aşağı hissəsində ağrılarla müşayiət olunan patoloji proses – alqomenoreya) kompleksli müalicəsində spazmın aradan qaldırılması üçün istifadə edlir  [6,5].

No-şpa tabletləri, həmiçnin ağrının əsas səbəbi perekranial (alın, gicgah, ənsə) və trapesəbənzər əzələlərin qeyri-iradi gərginliyi olan baş ağrılarının kompleksli müalicəsində istifadə edilir  [6,7].

  1. The American Heritage® Medical Dictionary Copyright © 2007
  2. Баранская Е. К. Боль в животе: клинический подход к больному и алгоритм лечения. Место спазмолитической терапии в лечении абдоминальной боли//Фарматека.–2005.–№ 14 (109) //Фарматека. – 2005. – №. 14. – С. 109
  3. Баринов А. Н. Сегментарные механизмы формирования мышечного спазма, спастичности и хронизации боли //Врач. – 2012. – Т. 5. – С. 17-23.
  4. Бронштейн А.С., Ривкин В.Л. Изучение и лечение боли (обзор литературы и постановка задач) // Международный медицинский журнал. – 2001. – № 3. – С. 267-271.
  5. Джобава Э.М., Мандрыкина Ж.А., Логинова К.Б., Доброхотова Ю.Э. Дисменорея. Этиопатогенез, дифференциальная диагностика и терапия в практике современного акушера–гинеколога. // [Электронный ресурс] РМЖ. 2012; 1. URL: http://www.rmj.ru/articles_8098.htm
  6. Инструкция по медицинскому применению препарата Но-шпа 40 мг (таблетки) рег.уд. П N011854/02
  7. Рыбак В.А., Мирошникова В.В., Бабушкин Я.Х. Головная боль напряжения. Лекарственный Вестник. 2006; 4-9
  8. По данным компании IMS Health 2016 год
  9. Препарат был запатентован в 1962 году. Periodic safety update report for drotaverine and combinationsdrotaverine HCl - doss-ep-2012-02854 № GPE-CL-2011-00909