Aybaşı zamanı qarnın aşağı
hissəsində ağrı haqqında

Əsrlər boyu aybaşı qadınlar tərəfindən qaçılmaz bir hal kimi qəbul edilirdi. Qədim mədəniyyətlərdə mövcud olan inanca görə insanlar özlərini aybaşı keçirən qadınları və, həmçinin onunla kontaktda olan bütün insanları zəiflədən “mistik axmadan” qorumalıdır.

 

 

Bir sıra Asiya və Afrika ölkələrində qadınlar bu günədək aybaşı zamanı xüsusi “aybaşı məskəninə” köçür. XIX əsrin əvvəlindən tez olmayaraq tibb “qadın xəstəliklərinin” tədqiqini qəbul etməyə başladı. O zamanlar aybaşı olan qadınlara evdə oturmaq, daha çox dincəlmək, fiziki işlərdən və hamam proseduralarının aparılmasından qaçınmaq məsləhət görülürdü.

XX əsrin əvvəlində ağrı sindromunun aradan qaldırılması məqsədi ilə narkotik vasitələrin istifadəsi qadınlarda hər ay bir neçə günlük iş qabiliyyətinin itirilməsi ilə nəticələnirdi. Cavan qadınlar çox vaxt uşaqlığın və yumurtalıqların xaric edilməsi kimi müxtəlif nadir əməliyyatların qurbanları olurdu  [7].

Aybaşı zamanı ağrılar: səbəblər

Menstrual funksiyasının təşəkkülü ilə bəzi qızlarda hər ay aybaşı zamanı müxtəlif dərəcəli ağrılar meydana çıxır, qeyd olunan ağrılar, hətta, iş qabiliyyətinin itirilməsi və sosial uyğunlaşmanın pozulması ilə nəticələnə bilər. Ağrılı aybaşı dismenoreya adlanır [1].

Dismenoreya birincili və ikincili olur. Birincili dismenoreya yeniyetmə və gənc dövrlərdə birinci aybaşı ilə və ya menarxedən 1-3 il sonra özünü büruzə verir ki, bu da ovulyator menstrual siklin təşəkkülü vaxtı ilə eyni olur [13].

Dismenoreyanın əsas simptomu mübadilə-endokrin, psixo-emosional simptomlar kompleksi ilə müşayiət olunan qarının aşağı hissəsində ağrıdır. Ağrı sindromu vegetativ və vegeto-damar reaksiyaların inkişafı ilə müşayiət olunur.

Güclü ağrı sinir sistemini zəiflədərək astenik vəziyyətin inkişafına səbəb olur, yaddaşı və iş qabiliyyətini zəiflədir [8].

Birincili dismenoreya haqqında

Hal-hazırda birincili dismenoreyanın üç növü mövcuddur:  [11]:

SPAZMOGEN PSİXOGEN ESSENSİAL
Çoxsaylı neyrohumoral
dəyişikliklər ilə müşayiət
olunan uşaqlıq saya
əzələlərinin spazmı nəticəsidir
Orqanizmin həyəcan,
ağrılı aybaşı qorxusu
hissinə olan “cavab
reaksiyası”.

Ağrı hissinin
həddinin azalması.

Birincili dismenoreyanın
anadangəlmə forması.

İsteroid və ya sensitiv
tip xasiyyətli və,
həmçinin astenonevrotik
sindrom və müxtəlif
psixopatoloji vəziyyətlər
ilə şəxslərdə rast gəlinir.

Birincili dismenoreyanın inkişafını izah edən nəzəriyyələr arasında mühüm yer tutan prostaqlandin nəzəriyyəsidir. Prostaqlandinlərin sekresiyasının yüksəlməsi və uşaqlıq boşluğuna ixrac edilməsi uşaqlıq aktivliyinin patoloji artmasının, aybaşı zamanı onun yığılmasının səbəbidir  [3,5,6].

Prostaqlandin F2a vazokonstriktor, prostaqlandin E2 isə - vazodilatator xüsusiyyətlərinə malikdir. Prostaqlandinlərin yüksək səviyyəsi zamanı uşaqlığın yığılma aktivliyi yüksəlir, prostaqlandinlərin fraksiyalarının nisbətinin dəyişilməsi isə damar spazmı və yerli işemiya ilə nəticələnir.

Nəticədə hüceyrələrin hipoksiyası, bioloji aktiv maddələrin toplanması, sinir uclarının bradikininlərin və iltihabın digər mediatorlarının təsirinə qarşı sensibilizasiyası, ağrı qeyd olunur. Spazmın aradan qaldırılması qeyd olunan prosesləri dayandıraraq ağrını aradan qaldırır.

İkincili dismenoreya haqqında

İkincili dismenoreyanın səbəbləri aşağıdakılar ola bilər:

  • xarici genital endometrioz;
  • kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri;
  • uşaqlıq mioması, uşaqlıq və uşaqlıq yolu inkişafının qüsurları, uşaqlıq, uşaqlıq boruları və yumurtalıqlar şişləri, uşaqlıq boynunun stenozu;
  • kiçik çanaq, endometri və ya endoserviks venalarının varikoz genişlənməsi;
  • adenomioz;
  • uşaqlıq boşluğunda yad cism (uşaqlıq daxili spiral).

Aybaşı zamanı ağrının müalicəsi

Aybaşı zamanı ağrının müalicəsi Hal hazırda dismenoreya zamanı istifadə edilən dərman vasitələrinin seçimi genişdir. Oral kontraseptivlər, hestagenlər, həmçinin QSİƏV geniş istifadə olunur. Lakin, dispepsiya, diareya, dəridə səpkilər, böyrək funksiyasının pozulması, trombositopeniya kimi mümkün olan əlavə təsirlər nəzərə alınmalıdır və, həmçinin nəzərə almaq lazımdır ki, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qastrit və mədə-bağırsaq traktının digər xəstəlikləri zamanı QSİƏV istifadəsi əks göstərilib  [11].

No-şpa menstrual ağrılar zamanı

Həmçinin köməkçi müalicə olaraq aybaşı zamanı saya əzələlərinin spazmı nəticəsində yaranan ağrı sindromunun aradan qaldırılması məqsədi ilə spazmolitiklərin istifadəsi tövsiyə olunur. No-şpa (drotaverin)saya əzələlərinin spazmını aradan qaldıraraq dismenoreya zamanı menstrual ağrıların yox olmasına səbəb ola bilər  [9].

Aybaşı zamanı həyat tərzi və pəhriz

Dismenoreya zamanı qadınların həyat tərzi və pəhrizinə diqqət yetirmək istərdik. Aybaşı zamanı pasientlərə iş və istirahət saatlarını səmərəli uyğunlaşdırmaq, həddən artıq yorğunluqdan qaçınmaq, psixoemosional gərginliyi azaltmaq tövsiyə edilir.

Həmçinin mütləq orta dərəcəli intensivlikdə fiziki aktivlik və 7-8 saatdan az olmayan gecə yuxusu tövsiyə edilir [10]. Tərkibində yüksək səviyyədə omeqa-3-yağ turşuları, kalsium, maqnezium, B və E qrup vitaminləri olan məhsullar ümumi əhvalın yaxşılaşmasına səbəb olur  [4].

Nəticədə dəmək istərdik ki, dismenoreyadan əziyyət çəkən əksər qızlar ağrılı aybaşını həkimin müdəxiləsini və müvafiq müalicəni tələb etməyən qaçılmaz hal olaraq qəbul edir.

Ağrı sindromunun patoloji gedişinə həkimin müdaxilə olunmaması əksər qadınlarda ağrı sindromunun güclənməsinə səbəb olur [2]. Bu səbəbdən vaxtında müayinə və effektiv müalicənin təyini üçün ginekoloqa müraciət etmək çox vacibdir.

  1. Braunstein JB, Hausfield J, Hausfield J, London A. Economics of reducing menstruation with trimonthly-cycle oral contraceptive therapy: Comparison with standard-cycle regimens. Obstet Gynecol 2003;102:699 –708).
  2. Dawn Durain. Primary Dysmenorrhea: Assessment and Management Update // Journal of Midwifery & Women’s Health. 2004. №6; 49:520-528
  3. Dawood MY. Dysmenorrhea. J Reprod Med. 1985;30(3): 154-167.
  4. Ee C, Pirotta M. Primary dysmenorrhoea--evidence for complementary medicine, Aust Fam Physician. 2006 Nov;35(11):869.
  5. Pulkkinen MO. Prostaglandins and the non-pregnant uterus: the pathophysiology of primary dysmenorrhea. Acta Obstet Gynecol Scand Suppl. 1983;133:63-67.
  6. Rapkin AJ. Pelvic pain and dysmenorrhea. In: Berek JS, ed. Novak’s gynecology. Baltimore, Md: Williams & Wilkins. 1998; 410–411.
  7. Reddish S, Dysmenorrhoea, Aust Fam Physician. 2006 Nov;35(11):842-4, 846-9.
  8. Джобава Э.М., Логинова К.Б. Дисменорея. Современный взгляд на этиопатогенез и терапию в практике акушера-гинеколога//Акушерство и гинекология.-11.-2014: 23-28
  9. Инструкция по медицинскому применению препарата Но-шпа 40 мг (таблетки) рег.уд. П N011854/02
  10. Лекарева, Т. М. "Методы коррекции предменструального синдрома." Лечащий врач 10 (2007): 28-30.
  11. Серов В.Н., Прилепская В.Н., Овсянникова Т.В.– Гинекологическая эндокринология – Москва,2004, издательство «Медпресс–информ»
  12. Якубова О. А. Дифференцированная диагностика ювенильной дисменореи //Российский вестник акушера-гинеколога. – 2013. – Т. 2. – С. 18-21.
  13. Якушевская О. В., Ревазова З. В. Микродозированные оральные контрацептивы в терапии дисменореи. // [Электронный ресурс] РМЖ. 2014; 1:41. URL: http://www.rmj.ru/articles_9162.htm